İsraildən ölkəmizə gələn turistlərin sayı 3 dəfə artacaq

İsraildən ölkəmizə gələn turistlərin sayı 3 dəfə artacaq
  03 May 2018    Oxunub:1801
“Azərbaycan kimi İsrail də davamlı münaqişəyə baxmayaraq, möhkəm iqtisadiyyatı inkişaf etdirməyə, vahid cəmiyyət və sabit hakimiyyət sistemini qurmağa müvəffəq olub”
AzVision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfəri Dan Stav ölkəsinin 70 illiyi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Səfir deyib ki, iki ölkə müdafiə və energetika sahəsində əməkdaşlığa əsaslanan çoxtərəfli və strateji münasibətlər qurub.

"İndi özəl sektorun iki əsas sahəsində ölkələrimizin münasibətləri daha da genişlənir. Belə sahələrdən biri kənd təsərrüfatıdır ki, Azərbaycanda fəaliyyət göstərən İsrail şirkətlərinin sayı artır. Digər sahə isə turizmdir. Bu il Azərbaycana gələn israilli turistlərin sayının 3 dəfə artaraq 50 mini ötəcəyi gözlənilir".

AzVision.az


Teqlər: İsrail   Səfir  





Xəbər lenti