İdarə rəisi 2 min manat cərimələndi

İdarə rəisi 2 min manat cərimələndi
  02 May 2018    Oxunub:2904
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində növbəti reyd keçirilib.
ETSN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.

Araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi İdarəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib.

A. Teymurov İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

AzVision.az


Teqlər: ETSN   Cərimə  





Xəbər lenti