13 ildə 820 nəfər insan alverinin qurbanı olub

13 ildə 820 nəfər insan alverinin qurbanı olub
  02 May 2018    Oxunub:1165
“Son 13 il ərzində insan alveri qurbanlarının sayı 820 nəfər olub”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov deyib.

İdarə rəisi bildirib ki, bu müddətdə insan alverçilərinin sayı 515 nəfər təşkil edib: “İnsan alveri ilə bağlı cinayət törədən sayı 2429 nəfərdir. Onlarla bağlı müvafiq tədbir görülüb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Milli-Məclis   İnsan-Alveri  





Xəbər lenti