Azay Quliyevin kitabının təqdimatı keçirilib
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri İsrayıl İsgəndərov, Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu monoqrafiya vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gedən prosesləri əks etdirən yeni və aktual elmi mənbədir. Müəllif elmi tədqiqatında QHT-nin yaranma tarixini və inkişafını, ictimai sektorun təkamül mərhələlərini geniş araşdırıb, bu sahədə milli və beynəlxalq təcrübəni müqayisəli şəkildə tədqiq və təhlil edib. Vətəndaş cəmiyyəti haqqında mövcud nəzəriyyələrə müəllifin elmi baxışı və yaradıcı mövqeyi, onun qaldırdığı bir sıra aktual məsələlər monoqrafiyanın dəyərini daha da artırır.
Sonda çıxış edən müəllif Azay Quliyev kitab haqqında məlumat verib.
AzVision.az
Teqlər: Azay-Quliyev Kitab