Millət vəkili: "Masaj salonlarında əxlaqsız xidmətlər təklif edirlər"
Deputat bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı narazılığını bildirib: “Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalı, ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli mənəvi dəyərləri qorumalıyıq”.
Deputat Fəzail Ağamalı da həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində bu cür halların qarşısını almaq lazımdır: “5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Tahir-Kərimli Deputat