Köçkünlərin yaşadığı yataqxana nəzarətə götürülüb

Köçkünlərin yaşadığı yataqxana nəzarətə götürülüb
  02 May 2018    Oxunub:1955
Sumqayıtda uçqun baş verən yataqxana nəzarətə götürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin rəhbəri İbrahim Mirzəyev AzVision.az-a bildirib ki, məcburi köçkünlərin yaşadığı yataqxana qurum tərəfindən nəzarət altındadır, müvafiq araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı 22-ci məhəllənin 2 saylı yataqxanasında uçqun olub. Uçqun 25 ailənin istifadə etdiyi mətbəxtdə baş verib. Hadisə zamanı mətbəxtdə bir neçə nəfər olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sumqayıt   Yataqxana   Komitə  





Xəbər lenti