Ağstafada 4 əcnəbi tutuldu

Ağstafada 4 əcnəbi tutuldu
  02 May 2018    Oxunub:1270
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AzVision.az-a bildirilib ki, Xidmətin “Şəmkir” sərhəd dəstəsinin xid­məti ərazisində Ağstafa rayonunun Sa­dıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində döv­lət sər­hə­dini pozarkən 4 sərhəd pozucusu saxlanılıb.

Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan isti­qamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hin­dis­tan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəl­lüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyənləşib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pa­kistan rupisi aşkarlanıb.

AzVision.az


Teqlər: DSX   əcnəbi  





Xəbər lenti