Ötən gün 93 cinayətdən 22-i “isti izlər”lə açılıb

Ötən gün 93 cinayətdən 22-i “isti izlər”lə açılıb
  02 May 2018    Oxunub:1119
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların 22-i “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 34 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti