Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb
  01 May 2018    Oxunub:1268
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirib.
Departamentdən AzVision.az-a bildirilib ki, aprel ayının üçüncü ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının ikinci ongünlüyünə nisbətən saniyədə 158 kubmetr artaraq saniyədə 501 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aprel ayının üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7,84-8,58 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

AzVision.az


Teqlər: ETSN   Kür  





Xəbər lenti