“Azərikimya”ya yeni rəhbər təyin olundu

“Azərikimya”ya yeni rəhbər təyin olundu
  01 May 2018    Oxunub:2142
Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasına yeni sədr təyin olunub.
AzVision.az xəbər verir ki, bu vəzifəyə “Azərikimya" İB-nin icraçı direktorunun müavini İmran Arzumanzadə gətirilib.

Qeyd edək ki, bundan əvvəl "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev olub. Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamla M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərikimya   Direktor  





Xəbər lenti