Orduda hərbi vətənpərvərlik həftəsi başlayır

Orduda hərbi vətənpərvərlik həftəsi başlayır
  01 May 2018    Oxunub:896
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsinə start verilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, təşkil olunacaq silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupları ön xətdə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edəcəklər.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tematik gecələr, “Qəhrəmanlıq dərsləri”, idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

AzVision.az


Teqlər: Ordu   Müdafiə-Nazirliyi  





Xəbər lenti