Azərbaycanda Misir təcrübəsindən istifadə olunacaq
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə İbrahim əl-Qassas Misirdə torpaqların bioloji üsullarla zərərli duzlardan azad olunması yolları haqqında məruzə ilə çıxış edib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Yaxın zamanda Azərbaycanın şoranlaşmış torpaqlarının duzlardan azad edilməsi üçün bu üsulun birlikdə həyata keçirilməsi nəzərdə tutulub.
AzVision.az