Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb
  30 Aprel 2018    Oxunub:886
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AzVision.az-a bildirilib ki, aprelin 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 305 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 300 kubmetr təşkil etməklə ongünlük normanın 42 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 144 kubmetr olmaqla ongünlük normanın 81 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 127 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvan və Salyanda 14, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 364 (2017-ci il aprelin 30-da 358 sm), Şirvanda 247 (2017-ci il aprelin 30-da 217 sm), Salyanda 188 (2017-ci il aprelin 30-da 145 sm), Bankədə 191 (2017-ci il aprelin 30-da 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 69 santimetr (2017-ci il aprelin 30-da 63 sm) təşkil edir.

AzVision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti