“Formula 1” azarkeşləri Bakıya axışır - Otellərdə boş yer qalmayıb - (VİDEO)

“Formula 1” azarkeşləri Bakıya axışır - Otellərdə boş yer qalmayıb - (VİDEO)
  26 Aprel 2018    Oxunub:6022
“Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizi dünyada tanıtmaqla yanaşı, turistlərin Bakıya axınına səbəb olur. “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə dünyanın müxtəlif ölkələrindən azarkeşlər gəlir.
Azərbaycan Tuirizm Assosasiyasının sədri Nahid Bağırov AzVision.az-a bildirib ki, artıq şəhərin mərkəzi və mərkəzə yaxın otellərində boş otaqlar tapmaq mümkün deyil.



“Bu yarışların dünyada azerkeşləri əsasən orta təbəqə və orta təbəqədən yüksək insanlardır. Bu gün dünynın müxtəlif ölkələrindən yarışı izləmək üçün ölkəmizə gələn turistlər də məhz onlardır. Yarışlara böyük maraq var. Dünyanın müxtəlif ölkələrindən Bakıya turistlər gəlir. Hazırda şəhərin mərkəzinda və yaxın ərazilərdə yerləşən otellərdə boş yer tapmaq çətin məsələdir”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm   Otel  





Xəbər lenti