Sarkisyan istefa verdi - (VİDEO)

Sarkisyan istefa verdi - (VİDEO)
  23 Aprel 2018    Oxunub:14459
Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib.
AzVision.az news.am-a istinadən xəbər verir ki, bu barədə Sarkisyan özü bəyanat yayıb.

"Baş nazir vəzifəsini tərk edirəm", - deyə Sarkisyan bildirib.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bilib.



AzVision.az


Teqlər: Sarkisyan   İstefa  





Xəbər lenti