"Royalbank"ın kreditorlarına müraciət edildi

"Royalbank"ın kreditorlarına müraciət edildi
  18 Aprel 2018    Oxunub:1084
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraciət edib.
Fonddan AzVision.az-a bildiriblər ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi aprelin 23-dən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.

AzVision.az




Teqlər: ASA   Bank  





Xəbər lenti