Kliçko yenə qalib gəldi - FOTO, VİDEO

Kliçko yenə qalib gəldi - FOTO, VİDEO
  06 Oktyabr 2013    Oxunub:1550
Vladimir Kliçko bu döyüşü də uddu.
Ukraynalı boksçu Vladimir Kliçko şənbə günü Moskvada "Olimpiya" idman kompleksində titul döyüşündə rusiyalı Aleksandr Povetkina qalib gəlib. AzVsison.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, döyüş 37 yaşlı Kliçkonun xal qələbəsi ilə başa çatıb. Hər üç hakim Vladimir Kliçkoya yekdilliklə qələbə veriblər. Lakin xəbərdə bildirilir ki, Vladimir elə də boks keyfiyyəti göstərmədi. Bu məğlubiyyət 34 yaşlı Povetkinin karyerasında isə birinci dəfə olub.

Bundan öncə Rusiya boksçusu 26 döyüşün (onlardan 18-ü nokautla) hamısında qalib gəlib, Kliçko isə 61 dəfə qələbə qazanıb (51 - vaxtından əvvəl) və üç dəfə məğlub (hamısı - nokautla) olub.



Xəbər lenti