Rubl dollara qarşı sürətlə ucuzlaşır

Rubl dollara qarşı sürətlə ucuzlaşır
  11 Aprel 2018    Oxunub:1832
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rublun ucuzlaşmasına səbəb olub.
Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 62,3699 rubl səviyyəsində müəyyən edib. Bu, əvvəlki göstəricidən 3,79 rubl çoxdur. Avronun rəsmi məzənnəsi isə 4,92 rubl artaraq 76,8522 rubla qalxıb.

Rublun dəyəri ABŞ-ın yeni anti-Rusiya sanksiyaları səbəbindən düşməyə başlayıb. Son bir neçə gündə rubl illik minimumu dəfələrlə yeniləyib.

Xatırladaq ki, aprelin 6-da ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanı təmsil edən 7 iş adamı, 17 dövlət məmuru və 14 şirkətə qarşı sanksiya tətbiq edib.

AzVision.az


Teqlər: Rubl   Sanksiya  





Xəbər lenti