Lerikin su təchizatı yaxşılaşdırılır

Lerikin su təchizatı yaxşılaşdırılır
  06 Aprel 2018    Oxunub:1881
Prezident İlham Əliyev aprelin 6-da “Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Lerik   Azərsu  





Xəbər lenti