İlk müştəri İqtisadiyyat Nazirliyi oldu - 140 minlik maşın aldılar

İlk müştəri İqtisadiyyat Nazirliyi oldu - 140 minlik maşın aldılar
  05 Aprel 2018    Oxunub:16926
Neftçalada yerləşən "Xəzər" zavodunun istehsal etdiyi avtomobillərin ilk sifarişçisi İqtisadiyyat Nazirliyidir .

Bu barədə AzVision.az-a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. İdarə Heyətinin sədri bildirib ki, nazirlik 14 min manat qiymətində olan 10 ədəd maşın (ümumilikdə 140 min manat) alıb.
Qeyd edək ki, “Xəzər” zavodunda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Mühərrikin həcmi 1,7 litrdir, qiymətləri isə 14-16 min arasında dəyişir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Neftçala   Zavod   Maşın  





Xəbər lenti