Neftçalada istehsal edilən maşınlar: Qiymət 14 mindən başlayır (FOTOLAR)

Neftçalada istehsal edilən maşınlar: Qiymət 14 mindən başlayır (FOTOLAR)
  05 Aprel 2018    Oxunub:198960
Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi avtomobillərin satışına başlanılır.

AzVision.az xəbər verir ki, “Xəzər” zavodunun ilk avtomobilləri gələn aydan satılacaq. "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, növbəti ayda bazara 300 avtomobil çıxarılacaq.
"Zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir".



E.Axundov qeyd edib ki, hazırda avtomobillərin ehtiyat hissələri idxal olunur və burada yığılır: "Gələcəkdə həmin hissələr burada hazırlanacaq. Mühərrikin həcmi 1,7 litrdir, qiymətləri isə 14-16 min arasında dəyişir".



"Azərmaş" ASC-nin İdarə Heyətinin sədri əlavə edib: "Avtomobil zavodunda 200 nəfər işləyir, gələcəkdə işçilərin sayı 300-ə çatdırılacaq. Gələn ilin sonuna qədər istehsal olunacaq "Xəzər" avtomobillərinin 20 faizi xaricə ixrac olunacaq. İran tərəfi ixracların müəyyən hissəsini buradan həyata keçirməyi planlaşdırır. Ona görə də gələcəkdə ixrac həcmlərinin artırılması nəzərdə tutulub. Bunlar bazarda ən ucuz maşınlardır. Hazırda bazarda Rusiya və Çin maşınları ucuz sayılır ki, onların qiyməti 21 mindir. Bizim maşınlar isə daha ucuz bazara təklif olunacaq".























Aytən Zəhra
AzVision.az


Teqlər: Neftçala   Zavod   Maşın  





Xəbər lenti