Azərbaycanda 3 yeni sənaye məhəlləsi yaradılır

Azərbaycanda 3 yeni sənaye məhəlləsi yaradılır
  05 Aprel 2018    Oxunub:1901
“Azərbaycanda daha 3 sənaye məhəlləsi yaradılır”.
AzVision.az-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Neftçalada sənaye məhəlləsinin fəaliyyət göstərdiyini xatırladan nazir müavini bildirib ki, Masallı sənaye məhəlləsində işlər tamamlanmaq üzrədir:

“Sabirabad və Hacıqabul rayonlarında sənaye məhəlləsinin açılması üçün işləri aparılır. Digər regionlarda da belə sənaye məhəllələrinin yaradılması üçün araşdırmalar gedir. Bunun üçün regionun spesifik xüsusiyyətləri nəzərə alınır”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi   Niyazi-Səfərov  





Xəbər lenti