Tikinti materiallarının istehsalı 20 faiz artıb

Tikinti materiallarının istehsalı 20 faiz artıb
  01 Aprel 2018    Oxunub:1108
Bu ilin yanvar-fevralında Bakı şəhəri üzrə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 20,1 faiz artaraq 54,8 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin rəsmi məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 2,2 dəfə, tikinti kərpicinin istehsalı 2,1 dəfə, sementin istehsalı isə 48,6 faiz artıb.

AzVision.az


Teqlər: Tikinti  





Xəbər lenti