Bu da mitinq: Gəldilər, "selfie" çəkdirdilər və getdilər - (VİDEO)

Bu da mitinq: Gəldilər, "selfie" çəkdirdilər və getdilər - (VİDEO)
  01 Aprel 2018    Oxunub:11025
Özünü "Milli Şura" adlandıran Əli Kərimli və qaragüruhçu dəstəsi bu gün mitinq keçirib. Müsavat partiyasının azsaylı üzvlərinin dəstək olduğu birgə mitinq Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə ənənəvi ünvanda – “Məhsul” stadionunda baş tutub.
Müxaliflərin yığıncağı saat 15:00-a təyin olunsa da, yarım saat gec başlayıb. Buna səbəb mitinqin təşkilatçısı Əli Kərimlinin gecikməsi olub: daha doğrusu boş stadiona gəlmək istəməməsi.

Əli Kərimli yaxşı bilirdi ki, keçirdiyi mitinq yenə biabırçı olacaq, sosial şəbəkələrdə gülüş hədəfinə tuş gələcək. Hansı ki, soosial mediada özlərini klaviatura "qəhrəmanı" hesab edən radikallar 31 mart mitinqinə guya minlərlə insanın qatılacağını deyirdilər. Real mənzərə isə onu göstərdi ki, AXCP və Müsavat partiyasının günlərlə etdiyi çağırışa cəmi 1200-ə yaxın şəxs qoşulub. Şübhə yox ki, onlar da Əli Kərimli və əqidədaşlarının dost-tanışları, qohum-əqrəbalarıdır.



Kadrlardan göründüyü kimi, stadionun heç üçdə bir hissəsini doldura bilməyiblər. Bunun yalnız bir səbəbi var: xalq onlardan üz döndərib. Həm də illər öncə.

Digər bir məqama diqqət edək: Adını "ümumxalq" mitinqi qoyduqları toplantıda Arif Hacılı, Cəmil Həsənlinin maraqsız, cansıxıcı çıxışlarından daha çox stadionda "selfie" çəkən, dodaq büzərək poza verənlər diqqət çəkirdi. Onlara nə Əli Kərimlinin, nə də digərlərinin üfunət iyi verən çıxışları maraqlı idi. Sadəcə çəkdikləri fotolarla özlərini "müxalifətçi" kimi təqdim edib, Avropa ölkələrindən mühacir statusu almaq niyyəti ilə gəlmişdilər.

Bir sözlə, bugünkü mitinq əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Gəldilər, danışdılar, "selfie" çəkdirdilər və getdilər. Bax, budur radikalların mitinqi.

Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Kərəm Əhmədov

AzVision.az


Teqlər: Mitinq   Milli-Şura  





Xəbər lenti