Bakıda orta aylıq maaş 764 manatdır

Bakıda orta aylıq maaş 764 manatdır
  30 Mart 2018    Oxunub:1555
2018-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,7 faiz artaraq 764,0 manat olub.
Bakı şəhər Statistika İdarəsindən AzVision.az-a verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Eyni zamanda bu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5382 nəfər azalaraq 695 251 nəfər olub.

AzVision.az



Teqlər: Bakı   Məvacib  





Xəbər lenti