Ağstafanın su təchizatı yaxşılaşdırılacaq

Ağstafanın su təchizatı yaxşılaşdırılacaq
  29 Mart 2018    Oxunub:1667
Prezident İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamla Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Sərəncam   Azərsu  





Xəbər lenti