Gəncədə Arif Babayevin yubileyi qeyd edilib

Gəncədə Arif Babayevin yubileyi qeyd edilib
  28 Mart 2018    Oxunub:3229
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gecədə muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu olan sənətkarların, tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirilib.
AzVision.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalova, Respublikanın əməkdar artistləri Babək Niftəliyev, Teyyar Bayramov, Gülündan Əliyeva, Xalq artistləri Gülyanaq Məmmədova, Mənsur İbrahimov, Şahnaz Haşımova, Nəzakət Teymurovanın ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirilib.



Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 80 illik yubiley münasibəti ilə Xalq Artisti Arif Babayevi təbrik edib. Ölkədə və onun hüdudlarından kənarda muğamın tanıdılmasında, inkişafında əvəzolunmaz roluna görə Xalq Artistinə təşəkkürünü bildirən şəhər rəhbəri bu yolda ona uğurlar arzu edərək "Fəxri Fərman" və hədiyyə təqdim edib.



Gəncəlilərə minnətdarlıq edən Arif Babayev yaxın zamanlarda Nizami yurdunda konsert proqramı ilə çıxış edəcəyini qeyd edib.

AzVision.az


Teqlər: Gəncə   Arif-Babayev  





Xəbər lenti