Təbriz Teatrı Bakıya gəlib
İranlı incəsənət nümayəndələri – müğənni Ayhan, foks ustası Cavad Əkbəri ilə yanaşı, Azərbaycanda son dövrlər populyarlıq qazanan gənc estrada müğənniləri - Damla və Çinarə Məlikzadənin də çıxış edəcəyi konsert proqramında, həmçinin Musiqili Teatrın balet truppasının hazırladığı milli rəqslər də nümayiş olunacaq.
Təbriz Teatrının rəhbəri Babək Nehreyn Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevə yaratdığı şəraitə görə təşəkkürünü bildirərək deyib: “Birlikdə hazırladığımız layihələr İran və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən isə ötənilki kimi bu il də biletlərin turizm şirkətləri vasitəsilə satılması mədəni turizmin inkişafında böyük rol oynaya bilər. Bu cür qarşılıqlı əməkdaşlıq mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və hesab edirəm ki, belə tədbirlərin müntəzəm nümayişi hər iki ölkənin teatr və incəsənət aləmində yeni-yeni uğurlu addımlar atılmasına təkan verəcək”.
Konsert proqramı martın 30-dək davam edəcək.
AzVision.az