Nigeriyalı ulduzlar Azərbaycanın milli geyimlərində - Fotolar
Silsilə verilişlər may-iyul aylarında Afrika ölkələrinin televiziya ulduzları Cina Exikodiojo və Cennifer Centetin (Fransa vətəndaşı) hazırladığı populyar "Foodies anad Spice" və "Lives of Nigerians in Diaspora" televiziya verilişləri çərçivəsində yayımlanacaq. Afrikalı qonaqlar Azərbaycan Milli Geyim Mərkəzinin və Gulnara Khalilova Dəb Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın qonağı olublar. Onlar burada ölkəmizdə dəb sənayesinin inkişafı və Azərbaycan milli geyiminin ənənələri haqqında müsahibə alıblar. Gülnarə Xəlilova qonaqlara əl işlərindən ibarət suvenirlər hədiyyə edib.
Billurə Bayramovanın sözlərinə görə, səfərin təşkilində əsas məqsəd Azərbaycanın təbliğatını Afrika ölkələrində aparmaqdır. Novruz bayramında Bakıda olan Cina Exikodiojo və Cennifer Centet Şəkiyə, Lahıca, Tərtərə və ölkənin digər şəhərlərinə səfər ediblər, Azərbaycanın qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, memarlıq abidələrinə və müasir binalarına, milli mətbəxinə və ölkə təbiətinə heyran qaldıqlarını bildiriblər.
AzVision.az
Teqlər: Nigeriya Azərbaycan