Ramin Quluzadə vətəndaşları qəbul edəcək

Ramin Quluzadə vətəndaşları qəbul edəcək
  27 Mart 2018    Oxunub:1949
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 30-da, saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Qobustan rayonunda (020) 245 23 30
Şamaxı rayonunda (020) 265 13 07
Ağsu rayonunda (020) 226 28 75

İsmayıllı rayonunda isə (020) 285 44 44 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Ramin-Quluzadə   Qəbul  





Xəbər lenti