26 yaşlı futbolçu oyun zamanı öldü - VİDEO

26 yaşlı futbolçu oyun zamanı öldü - VİDEO
  25 Mart 2018    Oxunub:2130
Xorvatiyada futbolçu oyun zamanı dünyasını dəyişib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə 3-cü divizionda “Marsoniya” və “Slavoniya” komandaları arasında keçirilən oyunda baş verib.

“Marsoniya”nın futbolçusu, 26 yaşlı Bruno Bobanın sinəsinə top dəydikdən sonra özünü pis hiss edib. Həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.



AzVision.az


Teqlər: Futbol   Ölüm  





Xəbər lenti