İbrahim Alışov: "Manat 4 faiz möhkəmlənib"

İbrahim Alışov: "Manat 4 faiz möhkəmlənib"
  15 Mart 2018    Oxunub:2903
"2018-ci il əhəmiyyətli və perspektivli il kimi görünür və bu ili biznes mühiti ilə bunu əsaslandıra bilərik. 2017-ci il dərin qitisadi islahalatlar ili kimi xarakterizə olunursa, cari il ölkəmizdə fundamental inkişaf ili olacaq. Bu, daha çox sahibkarlığın, biznes mühitinin inkişafında özünü biruzə verəcək”.
AzVision.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimat mərasimində deyib.

Qurum rəsmisi bildirib ki, ötən ilin ikinci yarısından etibarən bank sektorunda stabil siqnallar görünməyə başlanıb: “ 2017-ci ilin ikinci yarısından dollarlaşma aşağı düşməyə başladı və banklarda manatla əmanətlərin çoxladığının şahidi olduq. Mövcud olan trendlər ardıcıl davam edir. 2018-ci ilin yanvar ayında qeyri-neft ÜDM-i 3,9 faiz artıb”.

İcraçı direktor bildirib ki, ölkə iqtisadiyyatında bş verən irəliləyiş nəticəsində manat 4 faiz möhkəmlənib.

Aytən Zəhra
AzVision.az


Teqlər: İbrahim-Alışov  





Xəbər lenti