Neft pulları əhaliyə paylansa, nə baş verər? – EKSPERT RƏYİ

Neft pulları əhaliyə paylansa, nə baş verər? – EKSPERT RƏYİ
  03 Oktyabr 2013    Oxunub:5836
Teledebatalarda prezidentliyə namizədlərdən tez-tez eşitdiyimiz vədlərdən biri də nefdən əldə edilən gəlirin böyük bir hissəsinin xalqa paylanacağı ilə bağlıdır. Bu mövzuda spekulyasiya edənlər bildirirlər ki, neft sektorundan əldə olunan vəsaitlər insanlara nağd şəkildə veriləcək.

Maraqlıdır, əgər belə bir addım doğrudan baş verərsə, ölkə iqtiasdiyyatında hansı vəziyyəti yarada bilər? AzVision.az bununla bağlı ekspertlərin rəyini öyrənib.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, neftdən əldə edilən vəsaitlərin əhaliyə paylanmasının tərəfdarı deyil:

- Neftdən əldə edilən pulların bölüşdürülməsi, istifadəsi ilə bağlı məsələ müzakirə edilən zaman birmənalı şəkildə neftdən əldə edilən vəsaitlərin əhaliyə verilməsinə qarşı çıxan iqtisadçılardan biri mən olmuşam. Neft istehsal edən, satan ölkələrlə bağlı mövcud modellərə əsasən deyə bilərəm ki, bu gün neftdən əldə edilən gəlirin əhaliyə nağd şəkildə paylanması praktikası yalnız Alyaska modelində var. Orada yaşayanların sayında, məskunlaşmasında problem olduğu üçün Alyaska ştatının rəhbəriliyi vəsaitin bir hissəsini ştatının sakinlərinə vəd etməklə, ora daha çox insanın gəlməsinə çalışır. Yəni orada yaşayanların sayının az olması və məskunlaşması problemi Alyaska modelində vəsaitlərin vətəndaşlara paylanamsını real edir. Amma nəzərə alaq ki, Alyaskanın özündə belə, paylanan vəsaitlərin həcmi kifayət qədər kiçikdir.

İqtisadçının sözlərinə görə, əhaliyə pulların paylanması qorxlu və risklidir: `Səbələrdən biri ondan ibarətdir ki, bu, resursların `lənətlənməsinə` gətirib çıxarır. Digər tərəfdən neft gəlirləri hökuməti, eləcə də cəmiyyəti tənbəlləşdirir. Bu halda resursların lənətlənməsi tək hökuməti deyil, eyni zamanda əhalini də tutacaq. Ona görə də, neft sahəsindən əldə olunan gəlirin birbaşa vətəndaşlara paylanaması arzuolunan hal deyil`.

V. Bayramov bildirib ki, vətəndaşa gəlirlərin nağd şəkildə paylanamsı istehlak bazarına daha çox vəsaitin daxil olmasına, bu da qiymətlərin kəskin şəkildə artmasına gətirib çıxaracaq: `Nəticədə nominal artım olsa da, real olaraq bu artım müşahidə olunmayacaq. Məsələn, ayda gəliri 500 manat olan vətəndaşa 50 manat verilərsə, onun gəliri 550 manat olacaq. Həmin vətəndaş 50 manat nağd pul almamışdan öncə 500 manatla aldığı məhsulu artıq 550 manata ala bilməyəcək, 600 manata alacaq. İstənilən halda bu, istehlak bazraında qiymət artımına gətirib çıxaracaq.

Digər məqam bu halda pulların səmərəsiz istifadə edilməsidir. Hər vətəndaşa ay ərzində 20 manat nəzərdə tutularsa, bu, il ərzində 240 manat pulun verilməsi deməkdir. Və nəzərə alasaq ki , ölkə əhalisi 9 milyondur, hər bir vətəndaşa ayda 20 manat pulun verilməsi il ərzində 2, 2 milyard manat vəsaitin bu istiqamətə xərclənməsi deməkdir. Bu, kifayət qədər böyük bir rəqəmdir. Ona görə də, bu qədər vəsaitin daha az səmərəli olan işlərə xərclənməsi risklidir. 2,2 milyard manata mənzilə tələbatı olan minlərlə insanı təmin etmək və bununla da da həm insanların ev probleminə töhfə vermək, həm də mənzil bazarında təklif yaratmaqla qiymətləri tənzimləmək olar. Bu, insanlara nağd vəsait paylamaqdan daha səmərəlidir`.

Digər məqam isə nağd pulların paylanmasının dayanıqlı və davamli olmamasi ilə bağlıdır. Çünki neft tükənən təbii ehiyatdır. Bu gun biz vətəndaşlara nağd pul verib, onları təmbəlləşdirə bilərik, amma neft pulları tükənən zaman vəziyyət necə olacaq? Daha məqsədəuyğun olanı məhz iqtisadiyyatın mərhələli inkişafı hesabına insanların gəlirlərinin artmasına nail olmaqdır. Sahibkarlar fəliyyətinin genişlənməsi, dövlət qulluqçusu əmək haqqının artması hesabına gəlirlərini artıra bilərsə, bu, daha davamlı olar. Gəlirlərin belə artımı neft gəlirlərilə əlaqəli olmayacaq və təbii ki, daha dayanıqlı olacaq.

`Neft pullarının paylanması qısa muddətli dövr üçün xöşbəxtlik, uzunmuddətli dövr üçün isə bədbəxtlik vəd edir`,- deyir Vüqar Bayramov.

Millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, maaş, infilyasiya, qiymət artımı – bunların hamısı bir- birilə əlaqədar amillərdir:

- Onları tənzimləmək, manatın məzənnəsini qoruyb saxalmaq və s. asan məsələ deyil. Problemlərlər çoxdur. Pul, vəsait var, amma onu xərcləməyin özü də böyük bir problemdir. Əldə edilən gəliri hər sahəyə xərcləməyin özü də düzgün deyil. Belə olarsa, böyük infilyasiya yarana bilər. Azərbaycanın maliyyə bazarında çox ciddi problemi yaşanar.

Şahanə Rəhimli / AzVision.az


Teqlər:  





Xəbər lenti