Rusiyanın məşhur kino aktyoru vəfat edib

Rusiyanın məşhur kino aktyoru vəfat edib
  12 Mart 2018    Oxunub:2373
Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin xalq artisti Oleq Tabakov vəfat edib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, komada olan aktyor bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Oleq Tabakov ürəyindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirlmişdi. Onun ürəyinin kardioqram edilməsi nəticəsində məlum olub ki, 82 yaşlı Tabakovun ürək ritmləri pozulub. Oleq Tabakov Azərbaycan tamaşaçılarına “Dartanyan və üç muşketyor”da kral Lüdovik, “Baharın 17-ci anı”nda Şellenberq rolları ilə yaxşı tanışdır.

AzVision.az


Teqlər: Oleq-Tabakov  





Xəbər lenti