Yevlaxda qəzaya düşən şagirdlər üçün imtahan keçiriləcək

Yevlaxda qəzaya düşən şagirdlər üçün imtahan keçiriləcək
  12 Mart 2018    Oxunub:3880
Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 9-cu sinif şagirdlərinin imtahan verməsi üçün imkan yaradılacaq.
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri əməliyyat olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti