Həbsxanaya telefon keçirmək istədi

 Həbsxanaya telefon keçirmək istədi
  07 Mart 2018    Oxunub:1227
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsayev Elmi Əmin oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası, Quba rayon sakini İsayeva Qəribə Nazrənməd qızının üzərinə və əşyalarına baxış keçirilərkən pul qabının içində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd “İPhone” markalı mobil telefon aparatı aşkarlanıb. Qeyd olunan faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Penitensiar-xidmət   Həbsxana   Telefon  





Xəbər lenti