Kanada animasiya filmi “CinemaPlus” da Azərbaycan dilində - VİDEO

  06 Mart 2018    Oxunub : 1378
Kanada animasiya filmi “CinemaPlus” da Azərbaycan dilində - VİDEO
“CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunan “Cirtdanlar” Kanada animasiya filminin nümayişi baş tutub.
AzVision.az xəbər verir ki, dublyaj redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejisoru Orxan Həsənli və Azad Vəliyev , tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Filmi səsləndiriblər: Oksana Rəsulova, Əlixan Rəcəbov, Valeh Kərimov, Rövşən Məmmədli, Kamran Ağabalayev, Həlimə Axundzadə, Xumar Quluzadə, Xətai Əli, Səid Nizami, Ülfət Bəşir, Sevda Bıyık.

Ailəvi komediya cizgi filminin rejissorları Peter Lepeniotis və Shelly Shenoy.



Film haqqında qısa məlumat: Qədim evə köçərkən heç kim bu böyük evin özündə “kiçik” sirlər gizlədiyini ağlına belə gətirə bilməzdi. Burada əsrlər boyunca yaşamış bağ qnomları dünyamızı zülmkar troqqlardan qorumuşlar. İnsanların isə başqa seçimi yoxdur – onlar bu böyük savaşa qoşulmalıdırlar...

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Cinemaplus