Mirşahinin yeni telekanalına müddətsiz lisenziya verildi

Mirşahinin yeni telekanalına müddətsiz lisenziya verildi
  05 Mart 2018    Oxunub:17019
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan AzVision.az-a verilən məlumata görə, iclasda “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

AzVision.az


Teqlər: Lisenziya   MTRŞ   Real-TV  





Xəbər lenti