AzVision.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ön xətdə bütün istiqamətlə üzrə zəruri fortifikasiya və qazma işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni istehkam şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nötqələri tikilib, əlavə torpaq sipərləri, əlaqələndirmə xəndəkləri, qovşaqlar çəkilib, etibarlı sığınacaqlar, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb, hərbi hissələrin dislokasiya yerlərinə yolların, rabitə xətlərinin çəkilməsi və digər kommunikasiyaların tikiliməsi davam etdirilib.
Bundan əlavə qeyd edilib ki, ön xətdə yerləşən bütün hərbi hissələr zirehli ambulanslarla təmin edilib, zirehli nəqliyyat vasitələri bazasında sanitar maşınlar hazırlanıb.
Anar Kəlbiyev
AzVision.az