Daha 10 dövlət əmlakı özəlləşdirib

Daha 10 dövlət əmlakı özəlləşdirib
  27 Fevral 2018    Oxunub:1407
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Komitədən AzVision.az-a verilən məlumata görə, budəfəki hərracda özəlləşən 10 dövlət əmlakından 3-ü kiçik dövlət müəssisəsi və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 1-i iyarımçıq tikili, 3-ü isə nəqliyyat vasitəsidir. Özəlləşən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakı, Şirvan və İmişlidə yerləşir. Bakının Kürdəxanı qəsəbəsində yerləşən 7 saylı iaşə obyekti xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 214 kv.m, torpaq sahəsi isə 250 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa İmişli rayonunda yerləşən qeyri-yaşayış binası da sahibi üçün əlverişli əmlakdır.

Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakının Nərimanov və Nəsimi rayonlarında, digəri isə Gəncə şəhərində yerləşir. Özəlləşdirilən nəqliyyat vasitələrinin də markaları müxtəlifidir. Avtomobillərin buraxılış tarixləri isə 1989-2005-ci illəri əhatə edir.

Budəfəki hərracda Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracı üzrə təkliflər ard-arda səsləndirilib. Əmlaka 3 nəfər sifariş verib. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 20 dəqiqə rəqabətli hərrac aparılıb. İnvestorlar arasında sağlam çəkişmə əmlakın qiymətini 3 dəfəyədək artırıb. Belə ki, ilkin start qiyməti 250 min manata olan adı çəkilən obyektə ən son 631 min manat təklif edilib.

Qeyri-yaşayış sahələrinin hərracında müşahidə edilən tendensiya nəqliyyat vasitəsinin özəlləşdirilməsində də özünü göstərib. Belə ki, 2 nəfərin sifariş verdiyi VAZ-2106 markalı avtomobilin ilkin start qiyməti 1200 manatdan 1300 manatadək yüksəlib. Bu nəqliyyat vasitəsinin hərracına qoşulan şəxslərdən biri onlayn olaraq qatılıb.

AzVision.az


Teqlər: Hərrac   Əmlak  





Xəbər lenti