Uçan körpü ilə bağlı rəsmi məlumat

Uçan körpü ilə bağlı rəsmi məlumat
  04 Mart 2013    Oxunub:1176
Bütün avtomaşınların hərəkətini bərpa etmək üçün tədbirlər görülür.
Daxili işlər Nazirliyi bu gecə saat 02:30-da Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində Mişarçay adlanan çayın üzərindəki uçan körpü ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 4-də saat 02.30 radələrində Ələt-Astara yolunun Mişarçay çayının Cəlilabad şəhərinin ərazisindən keçən hissəsindəki körpünün 22 metrlik hissəsi uçub.
Minik avtomaşınlarının hərəkəti şəhərin Səttarxan küçəsindəki yardımçı körpü vasitəsi ilə həyata keçirilir. Bütün avtomaşınların hərəkətini bərpa etmək üçün tədbirlər görülür.



Teqlər:





Xəbər lenti