Yanvarın 18-i və 27-nə aid fotoşəkillərin müqayisəsindən görünür ki, “Sparta II” artıq limanı tərk edib və bununla yanaşı, avadanlığın əhəmiyyətli hissəsi estakadadan yoxa çıxıb. “Sparta” isə limanda qalır, 18 yanvarda demək olar ki, boş olan yaxınlıqdakı meydança indi konteynerlərlə doludur.
Qeyd edək ki, bu yaxınlarda Suriyanın yeni hakimiyyət orqanlarının Tartus dəniz limanının idarə olunması ilə bağlı Rusiyanın “Stroytransgaz” şirkəti ilə razılaşmanı pozduğu barədə məlumat yayılmışdı. Halbuki, bu sazişin müddəti 49 il idi.
— Newsfeed (@Newsfeed883920) January 27, 2025
Sahil İsgəndərov
AzVision.az