Rezidenturaya sınaq imtahanı keçiriləcək

Rezidenturaya sınaq imtahanı keçiriləcək
  19 Fevral 2018    Oxunub:1571
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olunmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçirəcək.
DİM-dən AzVision.az-a bildirilib ki, məqsəd rezidenturaya qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək etməkdir. Sınaq imtahanında iştirak etmək istəyənlər martın 3-ü saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanı martın 3-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə keçiriləcək. Birinci növbə imtahanı saat 10:00-da, ikinci növbə imtahanı isə saat 14:00-da başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti