Çempionlar Liqasında ikinci tur həyəcanı

Çempionlar Liqasında ikinci tur həyəcanı
  01 Oktyabr 2013    Oxunub:1313
Bu gün Çempionlar Liqasında II turun qarşılaşmalarına start veriləcək.
İlk oyun günündə E, F, G və H qruplarının komandaları meydana çıxacaqlar. Bu qrupların üçündə ilk turu qələbə ilə başa vuran klublar üz-üzə gələcək.

E qrupunda “Bazel” və “Şalke”, F qrupunda “Arsenal”la “Napoli”, G qrupunda “Atletiko” ilə “Porto” arasında Pireney derbisi liderlərinin dueli kimi maraq doğurur.

H qrupunda isə “Barselona”nı Şotlandiya səfəri gözləyir. İlk turda uduzmasına baxmayaraq, “Seltik”in ispaniyalılara başağrısı olması istisna deyil.

Xatırladaq ki, G qrupunda keçiriləcək "Zenit"–"Austriya" qarşılaşması saat 21:00-da, digər bütün matçlar isə 23:45-də başlayacaq.(apasport.az)

E qrupu
“Styaua” (Rumıniya) - “Çelsi” (İngiltərə)
“Bazel” (İsveçrə)- “Şalke” (Almaniya)

1 Şalke 1 1 0 0 3-0 3
2 Bazel 1 1 0 0 2-1 3
3 Çelsi 1 0 0 1 1-2 0
4 Styaua 1 0 0 1 0-3 0


F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Marsel” (Fransa)
“Arsenal” (İngiltərə) - “Napoli” (İtaliya)

1 Arsenal 1 1 0 0 2-1 3
2 Napoli 1 1 0 0 2-1 3
3 Marsel 1 0 0 1 1-2 0
4 Borussiya 1 0 0 1 1-2 0


G qrupu
"Zenit" (Rusiya) – "Austriya" (Avstriya)
"Porto" (Portuqaliya) - "Atletiko" (İspaniya)

1 Atletiko 1 1 0 0 3-1 3
2 Porto 1 1 0 0 1-0 3
3 Austriya 1 0 0 1 0-1 0
4 Zenit 1 0 0 1 1-3 0


H qrupu
“Ayaks” (Hollandiya) - “Milan” (İtaliya)
“Seltik” (Şotlandiya) - “Barselona” (İspaniya)

1 Barselona 1 1 0 0 4-0 3
2 Milan 1 1 0 0 2-0 3
3 Seltik 1 0 0 1 0-2 0
4 Ayaks 1 0 0 1 0-4 0





Teqlər:





Xəbər lenti