Əmanətçilərə 38 milyon kompensasiya ödənilib

Əmanətçilərə 38 milyon kompensasiya ödənilib
  17 Fevral 2018    Oxunub:1763
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "DəmirBank" ASC-nin əmanətçilərinə fevralın 17-nə olan məlumata görə 38 milyon manatdan artıq kompensasiya ödəyib.
ADIF-dan AzVision.az-a bildiriblər ki, etibarən ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə fevralın 1-dən başlanılıb.

Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pulköçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi "Kapital Bank" ASC-nin 26 filialında aparılır.

Qorunan əmanət sahibləri kompensasiyaların ödənilməsi üçün 1 il ərzində ADIF-a müraciət edə bilərlər.

AzVision.az


Teqlər: Sığorta   Əmanət  





Xəbər lenti