Bu şəxslərin maaşı 968 manat oldu

Bu şəxslərin maaşı 968 manat oldu
  17 Fevral 2018    Oxunub:3512
2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər təşkil edib, onların 33,8 min nəfəri mədənçıxarma, 102,7 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Dövlət Statistika Komitəsindən AzVision.az–a verilən xəbərə görə, 2017-ci ildə sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 6,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 1,7 faiz artıb.



AzVision.az



Teqlər: Sənaye   Əmək-Haqqı   DSK  





Xəbər lenti