Ölkədə dizel istehsalı artıb

Ölkədə dizel istehsalı artıb
  16 Fevral 2018    Oxunub:1814
Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 216,8 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,2% azalıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 11,7%, yanacaq mazutunun istehsalı 30,1% azalıb. Avtomobil benzininin istehsalı 0,5% artaraq 109,1 min ton, dizel yanacağının istehsalı 2,4% artaraq 167,8 min ton təşkil edib.

Bu ilin yanvar ayında sürtkü yağlarının istehsalı 21,4% artaraq 1,7 min ton, neft bitumunun və neft koksunun istehsalı müvafiq olaraq 2,4 dəfə və 62,3% artıb. Nəticədə ötən ay neft bitumunun istehsalı 25,5 min ton, neft koksunun istehsal həcmi isə 21,1 min ton olub.

AzVision.az


Teqlər: Neft   Dizel  





Xəbər lenti