Qızıl hasilatı 7 dəfədən çox artıb

Qızıl hasilatı 7 dəfədən çox artıb
  16 Fevral 2018    Oxunub:1601
2018-ci ilin yanvar ayında Azərbaycanda 744,8 kiloqram qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu rəqəmlər 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 7,1 dəfə çoxdur.

Məlumata əsasən cari ilin fevralın 1-nə 40 kiloqram hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar ayında ölkədə 21,4 kiloqram gümüş istehsal edilib ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 4,2 dəfə çoxdur. Bu ilin fevralın 1-nə 54,6 kiloqram hazır məhsul ehtiyatı yaranıb.

AzVision.az


Teqlər: Statistika   Qızıl   Hasilat  





Xəbər lenti