Azərbaycanda məşhurların dil qüsurları araşdırılır - VİDEO

Azərbaycanda məşhurların dil qüsurları araşdırılır - VİDEO
  02 Fevral 2018    Oxunub:4623
AMEA-nın Dilçilik İnstitutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb.
İnstitutun Monitorinq Şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, burada hədəf müğənnilər yox, ifa və ifadakı qüsurlardır.

Şöbə müdiri qeyd edib ki, musiqi ruhi qida olmaqla yanaşı, şüuraltı şəkildə təsir edən bir vasitədir: “Ədəbi dildə düzgün danışmaq və nitqi qorumaq müğənilərin də borcudur. Aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq”.

Müğənnilər də etiraf edirlər ki, həmkarları arasında nitqində qüsur olanları çoxdur. Bu səbəbdən də monitorinqin keçirilməsi məqsədəuyğundur.

Monitorinqlərin aprel ayında başa çatacağı gözlənilir. (Xəzər TV)



AzVision.az


Teqlər: Dilçilik-İnstitutu   Müğənni   Monitorinq  





Xəbər lenti