Tarix Muzeyində etnoqrafik xalça qorunur

Tarix Muzeyində etnoqrafik xalça qorunur
  01 Fevral 2018    Oxunub:2799
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.
Muzeydən AzVision.az-a verilən məlumata görə, Qarabağ xalça məktəbinə məxsus xalça 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunub.

Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında hazırlanıb. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Üzərindəki mətnə əsasən isə “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin” və “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”nin fotoşəkilləri verilib.

Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir, digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunub.

Muzeydən bildirilib ki, xalça Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan–Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli mənbədir.

AzVision.az


Teqlər: AMEA   Muzey  





Xəbər lenti